Region
İran İslam Respublikasında araqdan zəhərlənənlərin 15-i öldü: 182 nəfər... - YENİLƏNDİ
İranın şimalında yerləşən Əlburz vilayətində saxta spirtli içkidən zəhərlənənlərin sayı 182 nəfərə çatıb.
Publika.az “IRNA” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin Tibb universitetinin dekanı Şahram Sayadi açıqlayıb.
Məlumata görə, zəhərlənənlərdən 15-i dünyasını dəyişib.
Daha əvvəl yayılan məlumatda 171 nəfərin zəhərləndiyi bildirilirdi.
Xatırladaq ki, İranda saxta spirtli içkilərin yayılmasında iştirak işi ilə bağlı 6 nəfər saxlanılıb.
***
İranın şimalında yerləşən Əlborz əyalətində içkidən zəhərlənənlərin sayı 171 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
“Son məlumatlara görə, son 5 gündə tərkibində metanol olan spirtdən zəhərlənənlərin sayı 171 nəfərə çatıb”, - deyə əyalətin Tibb Universitetinin dekanı Şəhram Sayadi bildirib.
Bir gün əvvəl əyalət hüquq-mühafizə qüvvələrinin komandanı general Həmid Xadavənd zəhərlənməyə səbəb olan spirtli içkilərin paylanması işi üzrə 6 nəfərin həbs olunduğunu açıqlamışdı.
Komandirin sözlərinə görə, araşdırma zamanı məlum olub ki, məhsul istehsalçıları qeyri-qanuni yollarla bədən spreyi zavodundan yararsız texniki spirt əldə ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları zavoddan 6,5 min litr spirt götürərək müəssisəni möhürləyiblər.
-
Yaxın Şərq17:52
İran İsrailə yenidən xəbərdarlıq etdi - Vuracağıq
-
MDB17:14
Rusiya-ABŞ müharibəsi: Moskva "hazırıq" dedi
-
İdman16:53
"Real"ın futbolçusu özünə cazibədar sevgili tapdı - FOTOLAR
-
Sosial16:20
İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."
-
Region15:35
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
-
Rəsmi xronika15:07
Prezidentdən Azərbaycanla bağlı mühüm mesaj: Daha böyük coğrafiyada...
-
Sosial15:05
Yeni qanun: Azərbaycanda bu şəxslərə ilk dəfə işə girəndə 6 min manat veriləcək
-
Rəsmi xronika14:47
İlham Əliyev Cəbrayılda açılışda iştirak etdi - Yeniləndi