Rusiyadan üçtərəfli görüşlə bağlı açıqlama: yüzlərlə telefon zəngi olub
Bizi izləyin

Region

Rusiyadan üçtərəfli görüşlə bağlı açıqlama: yüzlərlə telefon zəngi olub

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupun növbəti iclasının nə vaxt keçiriləcəyi ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində "TASS"a müsahibəsi zamanı danışıb.

“Demək olar ki, iki il yarımdır ki, işləyirik, amma görüşlərin dəqiq qrafikini tərtib etməmişik. Eyni zamanda, düşünmək lazım deyil ki, işimiz görüşdən-görüşə qədərdir. Yox, görüşlər arasında başqa cari işlərlə məşğul oluruq. Demək olar ki, hər gün bu iş aparılır.

Nadir hallarda olur ki, biz bir-birimizə zəng etmirik, danışmırıq, məsələləri müzakirə etmirik. Biz yəqin ki, yüzlərlə telefon zəngi, fayl mübadiləsi etdik. Mən və həmkarlarım bunun üzərində daim çalışırıq”,- deyə o qeyd edib.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm