Region
Moskva rəsmən bəyan etdi: Azərbaycan və Ermənistanda konsulluq...
Rusiya Azərbaycan və Ermənistanda konsulluğunun genişləndirilməsi üzərində işləyir. Bunlar ortaq tarixə və mədəniyyətə malik dost ölkələrdir.
Publika.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Mixail Qaluzin deyib.
“Biz Azərbaycan və Ermənistanda konsulluq fəaliyyətimizi genişləndirmək məsələsi üzərində işləyirik”, - deyən nazir müavini bildirib ki, “MDB ölkələrində diplomatların işinin özəlliyi ilk növbədə ondan ibarətdir ki, bu ölkələrlə dost ölkələrdir. “Bizi çoxəsrlik müştərək tarix, ortaq mədəniyyət, bir-birimizin adət-ənənələrini dərindən dərk etmək birləşdirir” , - o qeyd edib.
Qaluzinin fikrincə, “belə bir atmosferdə çalışmaq rusofobiyanın və diplomatlarıa qarşı şübhənin hökm sürdüyü yerdən daha rahatdır”.
“Bunun nəticəsi ikitərəfli münasibətlərin artan dinamikasıdır. Bizim ən geniş sahələri əhatə edən həddən artıq gərgin gündəliyimiz var”, - deyən baş diplomat qeyd edib: “Minlərlə qarşılıqlı faydalı layihələr, müdafiə və təhlükəsizlik, mədəniyyət sahəsində öhdəliklər, dialoq, inkişaf etmiş ticarət-iqtisadi əlaqələr və turizm. Bütün bunlar diplomatların iş yükünü artırır və diplomatik nümayəndəliklərin ştatının genişləndirilməsini tələb edir”.
Murad
-
Magazin111:32
"Vətəndaş A" serialındakı bu səhnəyə görə aktyoru hədələdilər: "Əlini qırarıq" - VİDEO
-
Dünya11:02
Baydenə sərt təpki: Türkiyəyə məhəl qoymamaq axmaqlıqdır
-
MDB10:32
FTX Gürcüstanın sabiq nazirinə işləyən 11 nəfər saxladı: Görün nələr edirmişlər
-
Dünya10:02
Ərdoğandan dünyanın gələcəyi ilə bağlı kritik açıqlama: Qarşıdakı 2-3 ayda...
-
Yaxın Şərq09:20
Suriya müxalifəti hücum barədə Türkiyəni 6 ay əvvəldən məlumatlandırıb - Şok detallar üzə çıxdı
-
Ekologiya08:40
Yağıntılı hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK
-
MDB08:36
Rusiyada GÜCLÜ VULKAN - Aviaşirkətlərə xəbərdarlıq edildi
-
Magazin208:24
Mükafatı övladlarından aldı, AĞLADI - FOTO