"Biz “qırmızı xətt”imizi dəqiq bilirik": Xaçaturyan Paşinyana nə vəd edib?
Bizi izləyin

Region

"Biz “qırmızı xətt”imizi dəqiq bilirik": Xaçaturyan Paşinyana nə vəd edib?

Ermənistan prezidenti Vaaqn Xaçaturyan hökumətin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə addımlarını dəstəklədiyini bildirib.

Publika.az xəbər verir ki, o, bunu 65 illik yubileyi münasibətilə baş nazir Nikol Paşinyanla görüşündə deyib.

Xaçaturyan vurğulayıb ki, hakimiyyət “qırmızı xətlərin” harada olduğunu aydın bilir.

Prezident Paşinyanın sərhədlərin delimitasiyası vasitəsilə qonşuları ilə dinc yanaşı yaşaması səylərini yüksək qiymətləndirib. Xaçaturyan əmindir ki, bu cür iş azad, müstəqil və suveren Ermənistanda yaşamaq üçün can atanlar arasında öz rəğbətini qazanacaq.

"Biz 1988-ci ildə məhz buna can atırdıq. Düzdür, o zaman biz azad, müstəqil Ermənistana gedən yolun bu qədər uzun olacağını bilmirdik, amma bu gün imkanımız var", - prezident deyib.

Xaçaturyan Paşinyana bütün mümkün resurslardan istifadə etməyə davam etməsi üçün müraciət edib və lazımi dəstəyi göstərəcəyini vəd edib. Eyni zamanda o, vətəndaşları əmin edib ki, nə Paşinyan, nə hökumət, nə də hər hansı digər rəsmi nümayəndə respublika ərazisinin bir millimetrinin belə əlindən alınmasına səbəb ola biləcək qanunsuz hərəkətlərə və ya qərarlara yol verməyəcək.

"Biz sərhədlərimizi və “qırmızı xətt”imizi dəqiq bilirik. Biz də qonşularımızla, o cümlədən Azərbaycanla uzunmüddətli sülhün bərqərar olması üçün əlimizdən gələni edirik".

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm