Türkiyədə müəllimlərə qarşı zorakılığa görə cəzalar sərtləşdiriləcək
Bizi izləyin

Region

Türkiyədə müəllimlərə qarşı zorakılığa görə cəzalar sərtləşdiriləcək

“Türkiyədə müəllimlərə qarşı zorakılığa görə cəzalar ikiqat artırılacaq. Təhsil sektoru nümayəndələrinin müdafiəsinə yönəlmiş qanun layihəsi yaxın vaxtlarda parlamentə göndəriləcək”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğan “X” səhifəsində yazıb.

O, həmçinin qeyd edib ki, özəl təhsil müəssisələrində çalışan təhsil sektorunun nümayəndələrinə qarşı zorakılıq dövlət məmurlarına qarşı törədilən cinayətlər kimi tövsif olunacaq.

Qeyd edək ki, Türkiyədə mayın 7-də İstanbulda özəl liseyin direktoru 17 yaşlı iraqlı miqrant tərəfindən öldürülüb. Dünən bütün ölkə üzrə müəllimlər təhlükəsizliyin təmin edilməsi, eləcə də təhsil naziri Yusuf Tekinin istefası tələbi ilə bir günlük tətil keçiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm