Paşinyandan kilsəyə İTTİHAM
Bizi izləyin

Region

Paşinyandan kilsəyə İTTİHAM

Erməni Apostol Kilsəsi tarixi dövrlərdən bəri “təsir agenti” olub.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının mitinqləri fonunda bildirib.

“Erməni xalqının tarixində olub ki, orta əsrlərdə din xadimləri xeyir-dua almaq üçün Bizansa gedirdilər, geri qayıdanda isə agentə çevrilirdilər. Deyəsən indiyə qədər onlar üçün heç nə dəyişməyib. Amma iki-üç aya bu məsələni həll edəcəyik”, - deyə Paşinyan vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm