Türkiyə bu ölkələrlə sərhəddə xüsusi təhlükəsizlik bölgəsi yaradır
Bizi izləyin

Region

Türkiyə bu ölkələrlə sərhəddə xüsusi təhlükəsizlik bölgəsi yaradır

Türkiyə İraq və Suriya ilə sərhəddə yerləşən Şırnak vilayətində xüsusi təhlükəsizlik bölgəsi elan edir.

Publika.az xəbər verir ki, bu barədə Şırnak valiliyindən bildirilib.

Məlumata görə, Qabar dağı, Cudi dağı və Altındağları əraziləri müvəqqəti olaraq xüsusi təhlükəsizlik bölgəsi elan ediləcək.

Qərar iyunun 24-dən 30-na qədər qüvvədə olacaq. Bununla da insanların həmin ərazilərə daxil olması qadağan ediləcək.

Təhlükəsizlik bölgəsinin yaradılmasına səbəb kimi isə təhlükəsizlik tədbirləri və asayişin qorunması göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm