Region
Dərbənddə öldürülən keşişin qızı yaraqlıların hücumunun təfərrüatlarını açıqladı
İki terrorçu Dərbənddə Müqəddəs Məryəm Şəfaət kilsəsinə hücum edib.
Publika.az xəbər verir ki, terror aktından sağ çıxa bilməyən keşiş Nikolay Kotelnikovun qızı Olqa Lobovanın dediyinə görə, hücum edənlər içəri qaçaraq mərkəzi ikonaya od vurub və xaotik şəkildə atəş açmağa başlayıblar. Qadının sözlərini “İzvestiya ” sitat gətirib.
“Sonra təsadüfi atəş açmağa başladılar və keşişin evinə qaçdılar (...). Ev yandırılıb. Anam hər şeyi görüb. Həmin vaxt kiçik qızımla mağazada idim”, - deyə qadın bildirib. Onun sözlərinə görə, yaraqlılar keşişi alnından vurublar. Onun 66 yaşı var idi.
İyunun 23-ü bazar günü axşam saatlarında Dərbənddəki Müqəddəs Məryəm Şəfaət kilsəsinə silahlılar hücum ediblər. Hücum zamanı kilsədə Müqəddəs Üçlüyün şərəfinə mərasim keçirilirmiş. Şahidlərin sözlərinə görə, yaraqlılar içəri girərək, yalnız qaz tapançası ilə silahlanmış Mixailin mühafizəçisinə atəş açıblar, sonra isə 66 yaşlı abbata hücum ediblər. Eyni zamanda silahlılar Dərbənddə yerli sinaqoqu yandırıblar.
Təxminən eyni vaxtda yaraqlılar Mahaçqalaya da hücum ediblər, burada terrorçular yol polisi postunu atəşə tutublar. Son məlumatlara görə, respublikada baş verən qarşıdurmalar zamanı 6 yaraqlı məhv edilib, 15-dən çox polis əməkdaşı və bir neçə mülki şəxs terror aktlarının qurbanı olub.
Tural
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO