İranın yeni prezidenti verdiyi vədləri yerinə yetirəcək? - Etiraz başlaya bilər
Bizi izləyin

Region

İranın yeni prezidenti verdiyi vədləri yerinə yetirəcək? - Etiraz başlaya bilər

Xəbər verdiyimiz kimi, İranda keçirilən prezident seçkilərində islahat qanadının namizədi Məsud Pezeşkian qalib gəlib.

Publika.az xəbər verir ki, analitiklər Pezeşkianın qələbəsinin İranın daxili siyasətində böyük fərq yaradacağını gözləmirlər.

Siyasətçi ölkədəki etirazlardan sonra Qərblə münasibətləri yaxşılaşdıracağına və məcburi hicabla bağlı qanunun icrasını yumşaldacağına söz verib. Ekspertlərin sözlərinə görə, hətta yeni prezidentin təvazökar məqsədləri də İran hökuməti və iqtidardakı sərt xətt tərəfdarları tərəfindən etirazla qarşılanacaq.

Bir çox seçicilər Pezeşkianın seçki vədlərini yerinə yetirə biləcəyinə şübhə ilə yanaşır, çünki o, İranın hakim elitası ilə qarşıdurmaya girmək niyyətində olmadığını açıq şəkildə bəyan edib.

Eyni zamanda, Pezeşkianın qələbəsi praqmatik xarici siyasətə təkan verə, 2015-ci il nüvə sazişini canlandırmaq üçün böyük dövlətlərlə dalana dirənmiş danışıqlara görə gərginliyi azalda, sosial liberallaşma və siyasi plüralizm perspektivlərini yaxşılaşdıra bilər.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm