Türkiyədə güclü MEŞƏ YANĞINI: 4 təyyarə və 5 helikopter havaya qaldırıldı
Bizi izləyin

Region

Türkiyədə güclü MEŞƏ YANĞINI: 4 təyyarə və 5 helikopter havaya qaldırıldı

Türkiyənin İzmir şəhərində güclü meşə yanğını başlayıb.

Publika.az xəbər verir ki, bu barədə yerli “Birgün” qəzeti məlumat yayıb.

Bildirilib ki, meşədə yanğın iyulun 6-da saat 15:30 radələrində naməlum səbəbdən başlayıb

Yanğının söndürülməsi üçün hadisə yerinə 4 təyyarə və 5 helikopterdən əlavə, İzmir Regional Meşə Təsərrüfatı İdarəsindən 20 yerüstü texnika, 6 su maşını, 4 buldozer və 4 yanğından mühafisə briqadası cəlb edilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm