İran İsrailə bu tarixdə hücum edəcək - PLAN QURULUR
Bizi izləyin

Region

İran İsrailə bu tarixdə hücum edəcək - PLAN QURULUR

İran İsraili avqustun 5-i, bazar ertəsi vura bilər.

Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ və İsrail rəsmilərinə istinadla məlumat yayıb.

“Üç ABŞ və İsrail rəsmisi bildiriblər ki, onlar İranın bazar ertəsi İsrailə hücum edəcəyini gözləyirlər”, - məlumatda deyilir.

Bundan əvvəl "Sky News Arabia" Qərb kəşfiyyat məlumatlarına istinadən xəbər vermişdi ki, İran 12-13 avqust tarixlərində – yəhudi xalqının fəlakəti günü olan Tişa-Beavda İsrailə hücum planlaşdırır.

Telekanalın məlumatına görə, hücum Livanın Hizbullah şiə hərəkatı ilə əlaqələndiriləcək. Bu gün yəhudilər Birinci və İkinci Məbədlərin dağıdılmasına yas tuturlar.

Daha əvvəl adı açıqlanmayan iranlı diplomat "The Wall Street Journal" (WSJ) ilə söhbətində bildirmişdi ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəyə hücumdan sonra müxtəlif dövlətlərin Tehranın İsrailə hücumunu dayandırmaq cəhdləri olub və nəticəsiz qalıb.

Haniyə iyulun 31-də səhər tezdən İsrailin endirdiyi zərbə nəticəsində ölüb. Tehranda o, İranın seçilmiş prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm