Region
Moskvadan Tbilisiyə alçaldıcı təklif: Suxumi və Sxinvali ilə...
Cenevrə müzakirələrinin iştirakçıları Tbilisi, Suxumi və Sxinvali arasında güc tətbiq etməmək haqqında saziş hazırlamağa başlamalıdırlar.
Publika.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, bir tərəfdən Tbilisi, digər tərəfdən isə Suxumi və Sxinvali 2008-ci ilin avqust hadisələrinin təkrarlanmasının qarşısını almaq üçün hüquqi öhdəliklər götürmək barədə düşünməlidirlər. O vurğulayıb ki, vəziyyətin sabitləşməsinə real töhfə sərhədlərin delimitasiyası və sonradan demarkasiyası olmalıdır. Zaxarova həmçinin bildirib ki, Vaşinqton Rusiya sərhədlərində vəziyyəti gərginləşdirmək üçün regiondaxili ziddiyyətlərdən istifadə etməyə çalışır.
Zaxarova əmin edib ki, Rusiya davamlı sülhün bərqərar olması və regionda yığılmış digər problemlərin həlli üçün Tbilisi, Suxumi və Sxinvali arasında dialoqun inkişafına hərtərəfli yardım göstərməyə hazırdır.
Bundan əvvəl məlum olub ki, Gürcüstan Rusiya ilə diplomatik münasibətlərin bərpasına hazırlaşmağa başlayıb. Səfirliklər 16 illik fasilədən sonra açılacaq.
Tural
-
Dünya08:55
Nəsrullah dəfn edildi: gizli yerdə...
-
İdman06:46
Morata merin davranışından küsdü: Bu şəhərdə ev almaqdan imtina etdi
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?
-
Kriminal02:43
19 yaşlı oğlan eşq yaşadığı iki qadını öldürüb intihar etdi - FOTOLAR
-
Magazin101:57
Mustafa Sandalın Bakıda çıxış etdiyi dəbdəbəli toydan GÖRÜNTÜLƏR
-
Qoroskop00:35
Günün qoroskopu: bu arzu sizi hərəkətə keçirəcək
-
Hadisə4 Oktyabr 21:45
Bakıda villa YANDI - VİDEO/YENİLƏNDİ
-
Hadisə4 Oktyabr 21:39
Azərbaycanda müəllim intihar etdi - FOTO