Region
İran SEPAH-ın dili ilə ETİRAF ETDİ: "İsrailə qarşı cavab zərbəsi..."
"İranın İsrailə cavab zərbəsi tezliklə baş tutmaya bilər".
Publika.az "Reuters"ə istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi general-mayor Əli Məhəmməd Naeini brifinqdə deyib.
"Vaxt bizim tərəfimizdədir və bu cavabın gözləmə müddəti uzun ola bilər", - Naeini deyib.
Eyni zamanda o vurğulayıb ki, düşmən hesablanmış və dəqiq cavab gözləməlidir və İran İslam Respublikasının hərəkətləri əvvəlki əməliyyatların təkrarı olmaya bilər.
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrandakı qonaq evinə hücumdan sonra başlayıb. Evin İsrail raketi ilə vurulduğu iddia edilir. Haniyə ölkənin yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İranda olub.
HƏMAS hadisəyə görə İsraili günahlandırır. İsrail də öz növbəsində rəsmi olaraq məsuliyyəti qəbul etməyib.
Bundan əvvəl ABŞ-ın bölgəyə hərbi resursları ötürməklə İranın İsrailə hücumuna hazırlaşdığı bildirilirdi.
Hüseyn İbadlı
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?