Region
Trampa qarşı sui-qəsd cəhdlərində İranın əli var? - Rəsmi Tehran nə deyir?
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın Tehranın Ağ Evin yeni lideri Donald Trampın həyatına sui-qəsd cəhdlərində əli olması ilə bağlı ittihamlarını rədd edib.
Publika.az xəbər verir ki, bu barədə "Reutres" məlumat yayıb.
Əraqçi həmçinin iki dövlət arasında etimadı gücləndirməyə çağırıb.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın Trampa sui-qəsd cəhdlərində əli olması ilə bağlı bəyanatı əsassız adlandırıb.
Noyabrın 8-də ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Donald Trampa qarşı sui-qəsd cəhdinin hazırlanmasında iştirak etdiyini açıqlayıb.
Xəbərdə deyilir ki, idarə İran hakimiyyətinin bəyənmədiyi insanları aradan qaldırmaq məqsədi ilə şəriklər şəbəkəsinə rəhbərlik etməkdə əli olduğunu hesab etdikləri İran vətəndaşı Fərhad Şakeriyə qarşı ittiham irəli sürüb.
Saxlanılan Şəkəri etiraf edib ki, 2024-cü il oktyabrın 7-də ona ABŞ-ın seçilmiş prezidentinə sui-qəsd planı hazırlamaq tapşırılıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika16:02Zəngilan Aqroparkı yaradıldı
-
Magazin115:40Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
























.jpg)















