Fidanla Mirzoyanın görüşünün detalları açıqlandı
Bizi izləyin

Region

Fidanla Mirzoyanın görüşünün detalları açıqlandı

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ermənistanlı həmkarı Ararat Mirzoyan ölkələr arasında münasibətlərin tam normallaşmasına yönəlmiş dialoqun davam etdirilməsini müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş “3+3” platforması çərçivəsində baş tutub.

Mirzoyan və Fidan ikitərəfli məsələləri müzakirə edib, həmçinin regional gündəliyə dair fikir mübadiləsi aparıblar. Erməni nazir əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər. 2022-ci ilin iyulunda Vyanada sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması və birbaşa hava yüklərinin daşınmasına başlanması barədə razılıq əldə olunub, lakin bu məsələlər hələ də həllini tapmayıb.

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın iyul ayında keçirilən görüşündə Axurik-Akyaka dəmir yolu sərhəd keçidinin bərpası imkanları da müzakirə olunub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm