Paşinyan ermənilərin ölkəni tərk etməsinin şok səbəblərini açıqladı: Sırğa, kabab, xaş... - VİDEO
Bizi izləyin

Region

Paşinyan ermənilərin ölkəni tərk etməsinin şok səbəblərini açıqladı: Sırğa, kabab, xaş... - VİDEO

Ermənistanın baş naziri Nikol Paşiyan Avropadakı erməni mühacirlərlə ünsiyyət təcrübəsini bölüşüb və onların ölkəni tərk etmələrinin səbəblərini açıqlayıb.

Publika.az xəbər verir ki, Paşinyanın sözlərini “Sputnik Ermənistan” sitat gətirib.

“Sual yaranır: niyə mühacirət etdiniz, səbəb nə idi? Doğrudanmı Ermənistanda otellərdə ofisiant işləməyə yer yoxdur? Belə çıxır ki, biri saç düzümünə, biri qulağındakı sırğaya görə mühacirət edib, üçüncüsü xaşı sevmir, dördüncüsü kababı sevmir və sairə”, - Paşinyan parlamentin iclasında deyib.

Ermənistanın baş naziri əhalinin xaricə axınının digər səbəbi kimi milli orduda xidmətlə bağlı qorxuları göstərib. Paşinyan mühacirətin səbəbləri sırasında ölkənin şərqindəki hərbi qeyri-sabitliyi də qeyd edib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm