Türkiyədə 7 nəfərin öldüyü dəhşətli qəzanın VİDEOSU
Bizi izləyin

Region

Türkiyədə 7 nəfərin öldüyü dəhşətli qəzanın VİDEOSU

Türkiyənin Aksaray vilayətində turist avtobusu aşıb.

Publika.az xəbər verir ki, qəza nəticəsində 7 nəfər ölüb, 33 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Erlikaya bildirib.

Səhər saat yeddi radələrində sürücü idarəetməni itirib və avtobus Acıpınar kəndi yaxınlığında aşıb.

Avtobus Türkiyənin qərbindəki Balıkesir vilayətindən Kapadokiyanın görməli yerləri ilə məşhur olan Nevşehir vilayətinə sərnişin aparırmış.

Qəza zamanı avtobusda 41 sərnişin, iki sürücü və bir bələdçi olub.

Hadisənin səbəbi həddindən artıq sürət və ya sürücünün diqqətsizliyi ola bilər. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm