Region
Azərbaycanın dostuna qarşı dəhşətli ssenari - Kəşmirdə nə baş verir?
Kəşmirdə terror aktından sonra Hindistan və Pakistan arasında vəziyyət gərginləşib. Bölgədə mövcud olan iki ölkənin hərbi birləşmələri arasında toqquşmalar baş verib. Mövcud vəziyyət bir sualı açıq saxlayır: terror aktı kimə sərf edir, bu hücumun arxasında nələr var?
Publika.az xəbər verir ki, Türkiyənin “haber7” portalı baş verənlərin pərdəarxasını araşdırıb.
Terror aktının daha çox Hindistana sərf etdiyi görünür. Hindistanın baş naziri Narendra Modi seçkiləri üçüncü dəfə qazandı, lakin bu dəfə parlamentdəki mandat sayı təkbaşına hakimiyyət qurmağa yetərli olmadığı üçün koalision hökumət quruldu. Yeni dövrdə Modinin yeganə çıxış yolu “milli təhlükəsizlik” amilinə söykənməkdi. Baş verən terror aktı bu kontekstdə Modiyə sərf edir.
Terror aktından dərhal sonra Hindistan Pakistana qarşı 5 radikal addım atdı:
- Pakistan diplomatlarının sayını azaltdı;
- Pakistanın hərbi müşavirlərini “arzuolunmaz şəxs” elan etdi;
- Pakistan vətəndaşlarına verilən SAARC vizasını ləğv etdi;
- “Attari” sərhəd keçid məntəqəsini bağlayaraq, ticarətin də qarşısını aldı;
- “İndus Suları Anlaşmasını” ləğv etdi: 1960-cı ildə imzalanan bu müqavilə Pakistan və Hindistan arasında su hövzələrinin bölünməsini özündə ehtiva edir;
Bu addımlar daha çox strateji məqsəd daşıyır və Modi hökuməti bununla koalisiya üzvlərinə, müxalifətə və xalqa “Güc hələ də məndədir və düşmən xaricdədir” mesajını verir.
Terror hücumundan sonra Pakistanda da ordu yenidən aktivləşib. Bu, ölkədə ordunun idarəçilik üzərində təsir imkanlarını artırır.
Pakistan hesab edir ki, hücum “false-flag” əməliyyatıdır. Hindistanın Kəşmir üzərində mütləq hərbi nəzarəti olduğu halda, mülki şəxsləri öldürən silahlı şəxslərin heç bir maneə olmadan hərəkət etməsi də bu kontekstdə diqqət çəkir.
Baş verənlər Hindistan-Pakistan müharibəsinin başlaması gözləntisini ön plana çıxarır. Bu iki ölkə arasında baş verən qarşıdurma Azərbaycanda da diqqətlə izlənilir. Çünki Pakistan Azərbaycanın strateji tərəfdaşıdır və bu ölkənin üzləşdiyi istənilən təhlükə Bakıda həssaslıqla qarşılanır.
Asif
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub




















.jpg)














.jpg)



