Region
Rusiya qaydaları sərtləşdirdi: Ermənilər etiraz aksiyası keçirirlər
Biz təkcə problemdən xəbərdar deyilik, həm də onunun həlli ilə məşğuluq.
Publika.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan oktyabrın 16-da Ermənistan hökumət binası qarşısında etiraz edən yük maşını sürücüləri ilə görüşdə bildirib.
"Hazırda əlavə açıqlama verməkdən çəkinəcəyəm, lakin biz bu məsələ üzərində uzun müddətdir işləyirik. Əgər bu məsələ ilə bağlı başqa bir şey desəm, bu, sizin və bizim işinizə mane ola bilər - bu, ortaq bir səbəbdir", - nazir deyib.
Papoyan əmin edib ki, hakimiyyət bununla bağlı ən yüksək səviyyədə, işləyir:
"Mən həqiqətən problemin həll olunacağına ümid edirəm. Siz əlbəttə ki, etiraz aksiyaları keçirə bilərsiniz; bu sizin hüququnuzdur. Lakin bu etiraz olmasa belə, biz artıq bir həftədir ki, bu məsələ ilə məşğul oluruq və həll olunana qədər də davam edəcəyik.
Mən onu da bilirəm ki, bizim vəziyyətimizdə 90 gün münasib seçim deyil, çünki sürücülər təkcə 90 gün və ya daha çox Yuxarı Lars keçid məntəqəsində gözləyə bilərlər. Qazaxıstan, Qırğızıstan və Ermənistanda problem eynidir. Amma onların vəziyyəti daha sadədir, çünki onlarda Yuxarı Lars keçid məntəqəsi yoxdur".
Bununla belə, Papoyan problemin nə vaxt həll olunacağını dəqiqləşdirməyib.
Xatırladaq ki, sentyabrın 10-dan Rusiyaya işdən başqa məqsədlərlə daxil olan vizasız ölkə vətəndaşlarının Rusiya Federasiyasında təqvim ilində 180 gün deyil, ümumilikdə 90 gün qala bilməsi ilə əlaqədar yük maşını sürücüləri Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.
Tural
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO




































.jpg)



