Region
Ermənistanda rusları güllələdilər
Ermənistanda istirahət edən Rostov-na-Donuldan olan evli cütlük silahlı hücum nəticəsində qətlə yetirilib.
Publika.az xəbər verir ki, hadisə barədə məlumatı “Shot” “Telegram” kanalı yayıb.
Bildirilib ki, 44 yaşlı Marina Ayrapetyan və 46 yaşlı əri Kotayk rayonunda, Zovaşen kəndi yaxınlığında “Audi” markalı avtomobilləri ilə dayanıblar. Bu zaman silahlı şəxs onlara yaxınlaşaraq avtomobilin açarlarını tələb edib. Cütlük imtina etdikdə, o, ov tüfəngi ilə atəş açıb.
Onların cəsədləri yaxınlıqdakı "besedka"da tapılıb. Cinayətkar isə avtomobili götürərək hadisə yerindən qaçıb.
Bir gün sonra cütlüyün yaxınları onların itməsini polisə xəbər verib. Axtarışlar nəticəsində 61 yaşlı şübhəli həmin “Audi”də və üzərində silahla birlikdə saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, o, bundan əvvəl də Aramus kəndində daha bir evli cütlüyü güllələyib.
Həlak olanların cəsədləri artıq Rostov-na-Donuya aparılıb.
Adəm
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO




































.jpg)



