Region
Xameneinin müşavirinin qızının dəbdəbəli toyu İranı qarışdırdı - Video
Sosial şəbəkələrdə İranın ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şamxaninin qızının toy mərasimindən videolar yenidən yayılıb.
Publika.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, kadrlar ictimaiyyətdə geniş müzakirələrə və tənqid dalğasına səbəb olub.
Bu nikah mərasimi ötən il Tehranın lüks "Espinas Palas" otelində baş tutmuşdu və "Arman Melli" qəzeti həmin vaxt "Espinas Persian Otelində toy qalmaqalı" başlıqlı məqalə dərc etmişdi.
Qəzetin məlumatına görə, mərasimin xərci təxminən 1 milyard 400 milyon tümən (14 min 703 dollar) olub. Məqalə müəllifi qeyd etmişdi ki, ölkədə iqtisadi sanksiyalar və inflyasiya şəraitində belə bir dəbdəbənin nümayişi, sadə vətəndaşlardan səbir və təmkin gözləyən hakimiyyət üçün suallar doğurur.
Yeni yayılan görüntülər İran cəmiyyətində sosial bərabərsizlik, korrupsiya və elitanın həyat tərzi mövzusunda mübahisələri yenidən alovlandırıb.
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu

















.jpg)


















.jpg)



