ŞKTR-də prezident seçkiləri: Ersin Tatar məğlub oldu - FOTO / YENİLƏNDİ
Bizi izləyin

Region

ŞKTR-də prezident seçkiləri: Ersin Tatar məğlub oldu - FOTO / YENİLƏNDİ

Şimali Kipr Türk Respublikası (ŞKTR) Yüksək Seçki Qurumu qeyri-rəsmi nəticələrə əsasən prezident seçkilərini Cümhuriyyətçi Türk Partiyasının (CTP) başqanı Tufan Erhürmanın qazandığını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə Yüksək Seçki Qurumunun sədri Bertan Özerdağ məlumat verib.

Özerdağ bildirib ki, ölkə üzrə qurulan 777 seçki məntəqəsindən 753-nün qeyri-rəsmi nəticələri əldə olunub və iştirak nisbəti 62,83 faiz təşkil edib.

Onun sözlərinə görə, Erhürmanın səs faizi 62,80, Tatarın isə 35,77 faiz olub.

“Tufan Erhürmanın aldığı səs sayı 84 min 630, Ersin Tatarın aldığı səs sayı isə 48 min 208-dir. Təxminən 24 məntəqədən sonra qeyri-rəsmi nəticələr tamamlanacaq,” – deyə qeyd edib.

5-i müstəqil olmaqla ümumilikdə 7 namizədin yarışdığı seçkinin ilk turunda bülleten üzərində namizədlərin sıralaması belə olub:

1. Osman Zorba (Kıbrıs Sosialist Partiyası)
2. Tufan Erhürman (Cümhuriyyətçi Türk Partiyası)
3. Arif Salih Kırdağ (Müstəqil)
4. Ahmet Boran (Müstəqil)
5. Mehmet Hasgüler (Müstəqil)
6. İbrahim Yazıcı (Müstəqil)
7. Hüseyin Gürlek (Müstəqil)
8. Ersin Tatar (Müstəqil)

Qeyd edək ki, bülletendə 7-ci sırada yer alan Hüseyin Gürlek dünən Ersin Tatarın xeyrinə namizədlikdən geri çəkildiyini açıqlamışdı.

Hüseyn İbadlı

xxx

20:48

Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinə Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman liderlik edir.

Publika.az xəbər verir ki, bu barədə məlumat ölkənin Ali Seçki Şurasının açıqladığı rəqəmlərdə öz əksini tapıb.

Belə ki, mövcud 777 seçki qutusundan 735-i açılıb. Məlumata görə, T.Erhürman səslərin 62,80 faizini, müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 faizini toplayıb.

xxx

19:48

Şimali Kipr Türk Respublikası (ŞKTR) prezident seçmək üçün 9-cu dəfə qurulan seçki qutuları saat 18:00-da bağlanıb.

Publika.az xəbər verir ki, vətəndaşlar ölkə üzrə 777 seçki məntəqəsində səs veriblər.

218 min 313 seçicinin olduğu ŞKTR-də prezident seçilə bilmək üçün etibarlı səs çoxluğu qazanmaq tələb olunur.

Səslərin sayılması nəticəsində, əgər bir namizəd seçkinin ilk turunda 50+1 faiz səs toplayarsa, prezident seçilmiş sayılacaq.

Namizədlərdən biri bu faizlə səs toplaya bilməsə, ilk turda ən çox səs toplayan iki namizəd 7 gün ərzində keçiriləcək ikinci tur seçkilərində iştirak edəcək.

İkinci turda ən çox səs qazanan namizəd prezident kreslosuna sahib olacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm