Region
Dövlət Bağçalı: "ŞKTR parlamenti təcili Türkiyəyə birləşməyə qərar verməlidir"
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinin nəticələrinə münasibət bildirib.
Publika.az "Haber Global"a istinadla xəbər verir ki, o, ŞKTR parlamentini təcili iclas keçirməyə çağırıb.
MHP sədri bildirib ki, parlamentarilər ŞKTR-nin Türkiyəyə birləşməsinə qərar verməlidirlər.
"ŞKTR-də baş tutan seçkilərin nəticələri çox az seçicinin iştirakı ilə əldə olunub. Kipr türklərinin taleyi bu iştirakla təmsil edilə bilməz. Seçkilərin nəticəsi seçki şurası tərəfindən açıqlanmış olsa belə, ŞKTR parlamenti təcili şəkildə iclas keçirməli, seçki nəticələri və federasiyaya geri dönüşün qəbul edilməyəcəyi elan edilməli, ölkənin Türkiyə Republikasına qatılmasına qərar verilməlidir", - D. Bağçalı vurğulayıb.
Qeyd edək ki, Şimali Kipr Türk Respublikasında (ŞKTR) oktyabrın 19-da keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb. O, adada federasiya qurulmasının tərəfdarı kimi tanınır.
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu

















.jpg)


















.jpg)



