Region
Ərdoğan Tufan Erhürmanı təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində qazandığı qələbə münasibəti ilə Cümhuriyyətçi Türk Partiyasının (CTP) başqanı Tufan Erhürmanı təbrik edib.
Publika.az xəbər verir ki, o bu barədə "Facebook" hesabında paylaşım edib.
"Bu gün Şimali Kipr Türk Respublikasında keçirilən seçkilərdə qeyri-rəsmi nəticələrə əsasən prezident seçilən cənab Tufan Erhürmanı təbrik edirəm.
Kıbrıs türkü qardaşlarımızın iradəsini sandığa əks etdirdiyi bu seçki, Şimali Kipr Türk Respublikasının malik olduğu demokratik yetkinliyi bir daha nümayiş etdirdi. Bu seçkinin ölkələrimiz və bölgəmiz üçün xeyirli olmasını arzulayıram.
Türkiyə olaraq, Şimali Kipr Türk Respublikasının suverenlik hüquqlarını və maraqlarını Kıbrıs türkü qardaşlarımızla birlikdə hər cür platformada müdafiə etməyə davam edəcəyik", - Ərdoğan bildirib.
Hüseyn İbadlı
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu

















.jpg)


















.jpg)



