Region
Türkiyə XİN-dən ŞKTR AÇIQLAMASI
Türkiyə Xarici İşlər Nazirliyi, Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində qeyri-rəsmi nəticələrə əsasən qalib gələn Cümhuriyyətçi Türk Partiyasının başqanı Tufan Erhürmanı təbrik edib.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada bildirilir.
Açıqlamada qeyd olunub ki, bu gün ŞKTR-də keçirilən prezident seçkiləri sakit və nizamlı şəkildə başa çatıb.
“Qeyri-rəsmi nəticələrə əsasən seçkiləri qazanan Cümhuriyyətçi Türk Partiyasının başqanı cənab Tufan Erhürmanı təbrik edirik” – açıqlamada qeyd edilib.
Həmçinin vurğulanıb ki, bu seçkilər Kıbrıs türklərinin azad və suveren iradəsini, eləcə də ŞKTR-dəki dövlət ənənəsini və demokratiya mədəniyyətini əks etdirir.
Seçkilərin Kıbrıs Türk xalqına və bütün ada üçün xeyirli olması arzu edilərək bildirilib:
“Ana vətən və zamin Türkiyə, tarixi, hüquqi və insani məsuliyyətləri çərçivəsində və adanın reallıqlarına uyğun şəkildə, Kıbrıs türk xalqının əmin-amanlığına, rifahına və inkişafına yönəlmiş səylərə töhfə verməyə davam edəcək”
Hüseyn İbadlı
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu

















.jpg)


















.jpg)



