Region
Ermənistanın planı: İran sərhədinə qədər marşrut 3 saata yaxın qısalacaq
Ermənistan İran sərhədinə gediş vaxtını 3 saata yaxın qısaltmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu, Şimal-Cənub magistralının bir hissəsi kimi Sünik rayonunda yol və tunel tikintisi layihəsi başa çatdıqdan sonra mümkün olacaq.
Qazaxıstan-Türkmənistan-İran-Ermənistan logistika turunun yekunlarına dair dəyirmi masada “Sputnik Ermənistan”a danışan Yol Departamentinin direktor müavini Karen Badalyan izah edib ki, Şimal-Cənub layihəsinin dördüncü hissəsi Sünik bölgəsində həyata keçirilir və üç lota bölünür.
Ümumilikdə, İran sərhədindən (Ağarak) Kacarana qədər 32 kilometr yolun çəkilməsi planlaşdırılır. Layihəyə beş yol qovşağının, iki yeni tunelin və 15 yeni körpünün tikintisi daxildir. Bu hissənin 2027-ci ilə qədər tamamlanması planlaşdırılır. 7,2 kilometrlik ikinci lot yeni Kacaran tunelinin və 4 kilometr ona bitişik yolların tikintisidir. Bu, Meğri aşırımında (dəniz səviyyəsindən 2535 metr yüksəklikdə yerləşir) yükü azaldacaq, yol təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və keçidin təmin edilməsi ilə bağlı mövcud çətinlikləri aradan qaldıracaq.
"Nəticədə hazırda istifadə olunan serpantin marşrutunun uzunluğu 14 km azalacaq, avtomobilin orta sürəti isə 50 km/saatdan 80 km/saata yüksələcək. Səyahət vaxtı 40 dəqiqə qısalacaq", - Badalyan izah edib.
Üçüncü lot üzrə Kacarandan Sisyana qədər 60 km uzunluğunda avtomobil yolunun, o cümlədən Bərgüşat tuneli (uzunluğu 8,6 km), ümumi uzunluğu 4,7 km olan 27 körpünün və doqquz tunelin (12,5 km) tikintisi planlaşdırılır. Layihə başa çatdıqdan sonra Sisyan-Kacaran hissəsi 54 km qısalacaq, orta sürət isə 50 km/saatdan 100 km/saata yüksələcək. Nəticədə, bu hissədə səyahət vaxtı 1,5-2 saat azalacaq. Bu hissənin tikintisinə 2026-cı ildə başlanacaq və altı il ərzində tamamlanacağı gözlənilir.
Tural
-
Magazin221:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir
-
Sosial20:48Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
-
Sosial19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı
-
Elm və təhsil19:24İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi
-
Magazin218:48"Mələk"dən cəsarətli poza - Zərifliyi ilə heyran etdi / FOTO
-
Yaxın Şərq17:40Laricaninin dəhşətli ölümü: Yalnız əli tapılıbmış
-
Ekologiya17:07Zümürxan gölü zibilliyə çevrildi - Fotolar
-
Nida Xəbər 16:36Azərbaycanın QHT nümayəndələri Nyu-York merinə etiraz etdilər





































