Region
Məhkəmə Qukasyanla bağlı qərar verdi: Bütün gecəni işə baxıb
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Gümrü şəhərinin meri Vardan Qukasyanı iki ay müddətinə həbs edib.
Publika.az xəbər verir ki, bu barədə onun vəkili Zarui Postancyan jurnalistlərə bildirib.
“Məhkəmə həbs qərarına bütün gecəni baxıb və yalnız səhər tezdən müşavirə otağına çəkilib”, - vəkil bildirib.
Vəkilin qeyd edib ki, merin həbsi üçün heç bir əsas yoxdur. Üstəlik, Qukasyanın vəzifəyə gəldiyi ilk gündən onun telefonunun dinlənildiyi məlum olub.
"Seçilmiş mer həbs edilib. Biz Gümrüdə xaos yaratmaq məqsədi daşıyan açıq-aşkar təşkil edilmiş cinayət işi ilə məşğul oluruq", - Postancyan deyib.
Vəkil qeyd edib ki, Qukasyana qarşı pis rəftar edilir. O, şəkər xəstəsi olmasına rəğmən dünən səhərdən yemək yemir və əsas gigiyena vasitələri də mövcud deyil.
"Onlar həbsə əsas tapmaq üçün o qədər çarəsiz idilər ki, 21 nəfərdən ibarət istintaq qrupu yaradıblar. Respublikada korrupsiya tüğyan edir və bu barədə tək mən məlumat vermirəm, amma heç kim cinayət işi açmır. Bununla belə, bu işdə o qədər adam iştirak edir", - vəkil qeyd edib.
Oktyabrın 20-də səhər saatlarında təhlükəsizlik qüvvələri Gümrü şəhər meriyasında axtarışlar aparıb. Daha sonra Qukasyan və daha 7 nəfərin rüşvət almaq ittihamı ilə saxlanıldığı bildirilib.
Tural
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu

















.jpg)


















.jpg)



