Region
CHP məhkəməsi başladı: Masada üç variant var - Qərar nə olacaq?
Ankara 42-ci Asliye Məhkəməsində CHP-nin 2023-cü ildə keçirilmiş 38-ci adi və 2025-ci ildəki 21-ci fövqəladə qurultaylarının ləğvi ilə bağlı məhkəmə prosesi başlayıb.
Publika.az xəbər verir ki, prosesdə partiyanın hüquqşünasları və qurultay nümayəndələrinin vəkilləri iştirak edir. Ərazidə polis tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib.
Siyasi dairələrdə məhkəmənin üç fərqli qərar çıxara biləcəyi ehtimal olunur.
Birincisi, iddiaların rədd edilməsidir. Məhkəmə qurultayların etibarlı olduğunu təsdiqləyərək mövcud rəhbərliyi qoruyar.
İkincisi, qəyyum və ya çağrı heyətinin təyinidir. Mövcud rəhbərlik dayandırılaraq yeni idarəetmə quruluşu yaradılar.
Üçüncüsü, “mutlak butlan” qərarıdır. Qurultayların tamamilə etibarsız elan olunması və partiyada rəhbərliyin dəyişməsi.
Məhkəmə qərarı CHP-nin gələcək siyasi kursu və təşkilati strukturu üçün həlledici olacaq. Qərarın tezliklə verilməsi gözlənilir.
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı
-
Nida Xəbər 13:40Serbiya Prezidenti Azərbaycana səfərə gəldi
-
MDB13:11Dronlar Moskvanın kabusuna çevrildi - Xeyli sayda ölən var
-
Əmlak12:44Rossbax: Kirayə ödəyə bilməyən və ya küçələrdə yaşayan insanlar var



































.jpg)


