Region
Prokurorluq Qaribaşvilidən bu qədər girov tələb edir
Gürcüstanın Baş Prokurorluğu çirkli pulların yuyulmasında ittiham olunan keçmiş baş nazir İrakli Qaribaşvilidən 1 milyon lari (təxminən 370 min 400 dollar) girov tələb edir.
Publika.az xəbər verir ki, bu barədə brifinqdə baş prokuror Giorgi Qvarakidze məlumat verib.
"Prokurorluq təqsirləndirilən şəxs (Qaribaşvili) üçün 1 milyon lari girov təyin edilməsi üçün məhkəməyə vəsatət verib ki, bu da pul və ya daşınmaz əmlakla təmin oluna bilər", - Qvarakidze deyib.
Gürcüstan Baş Prokurorluğu bundan əvvəl Qaribaşvilinin, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili və keçmiş baş prokuror Otar Partsxaladzenin, eləcə də onlarla əlaqəli səkkiz şəxsin evlərində axtarış aparıldığını bildirib.
Daha sonra DTX keçmiş məmurların və onların ailə üzvlərinin evlərindən 7 milyon dollar, 198 bahalı əşya və saatlar, qiymətli rəsmlər, minlərlə səhifə sənəd, 50 mobil telefon və 119 elektron cihaz müsadirə etdiyini bildirdi. Prokurorluq daha sonra əlavə 4 milyon dolların ələ keçirildiyini bildirib.
2024-cü ildə Qaribaşvilini hazırkı baş nazir İrakli Kobaxidze əvəz etdi. Qaribaşvili apreldə siyasətdən getdiyini bəyan edib. O, 2013-2015-ci və 2021-2024-cü illərdə Gürcüstanın baş naziri olub. Müxtəlif vaxtlarda həm daxili işlər naziri, həm də müdafiə naziri vəzifələrində də çalışıb.
Tural
-
Sosial19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı
-
Elm və təhsil19:24İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi
-
Magazin218:48"Mələk"dən cəsarətli poza - Zərifliyi ilə heyran etdi / FOTO
-
Yaxın Şərq17:40Laricaninin dəhşətli ölümü: Yalnız əli tapılıbmış
-
Ekologiya17:07Zümürxan gölü zibilliyə çevrildi - Fotolar
-
Nida Xəbər 16:36Azərbaycanın QHT nümayəndələri Nyu-York merinə etiraz etdilər
-
İqtisadi gündəm15:53Azərbaycanda dövlət qurumları nasaz avtomobilləri sığortalayırmış
-
Sosial15:30Azərbaycanda daşınmaz əmlak sığortasında yeni mərhələ: İkitirəlik yaranacaq?





































