Region
Ərazi, kilsə, rus dili və silah... - Ukraynada “sülh planı”nın sensasion detalları
ABŞ-ın Ukrayna müharibəsinin bitməsi üçün çərçivə sazişi hazırladığı haqda yayılan məlumatlar fonunda “sülh planı”nın detalları mediaya sızıb.
Publika.az xəbər verir ki, Qərb mediasının mənbələrə istinadən yaydığı məlumatlarda Ukraynanın güzəştləri xüsusi yer tutur.
“Röyters” agentliyi yazır ki, ABŞ-ın hazırladığı çərçivə sazişində Ukraynanın ərazidən və bəzi silahlardan imtinası nəzərdə tutulur.
“Məsələ ilə tanış olan iki yüksək səviyyəli mənbə bildirir ki, Donald Tramp bununla bağlı Ukrayna prezidentinə siqnal göndərib. Adının açıqlanmasını istəməyən mənbələr bildiriblər ki, təkliflər arasında Ukrayna ordusunun sayının azaldılması da var. Vaşinqton Kiyevdən sazişin əsas məqamlarını qəbul etməsini istəyir. Bu plan Ukraynanın şərqində Rusiyanın ərazi qazancı əldə etməsi fonunda Kiyev üçün böyük uğursuzluq olacaq. Ağ Ev məsələ ilə bağlı şərh verməkdən imtina edib”, - agentlik yazır.
“Financial Times” nəşri də yazır ki, Rusiya və ABŞ tərəfindən hazırlanan radikal təklifdə Ukraynadan əhəmiyyətli güzəştlər tələb olunur.
Planla tanış olan mənbələrin məlumatları detalları aydınlaşdırmağa imkan verir. Ukraynadan nələr tələb olunur?
- Donbasın qalan hissəsindən (Rusiyanın nəzarətində olmayan ərazilər) imtina etməlidir;
- Silahlı Qüvvələrin sayını azaltmalıdır;
- Əsas silahlardan imtina etməlidir;
- ABŞ-ın hərbi yardımı azaldılacaq;
- Kiyev rus dilini rəsmi dövlət dili kimi tanımalıdır;
- Rus Pravoslav Kilsəsinə rəsmi status verilməlidir;
Ukrayna Rusiyanın maraqlarına uyğun olan planı qəbul etmək istəmir. Lakin Qərb mediası rəsmi Kiyevin ciddi təzyiq altında olduğunu yazır. Yüksək rütbəli amerikalı hərbçilərin Kiyevə səfərinin əsas məqsədi də müharibəni bitirmək və 28 bəndlik “sülh planı”nı qəbul etdirməkdir.
Asif
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı























.jpg)













