Region
Ayətullah Xamenei harada öldürülüb? - Yerli KİV AÇIQLADI
İslam Respublikasının ali rəhbəri Əli Xamenei şənbə günü səhər saatlarında iş yerinə edilən hücum nəticəsində həlak olub.
Publika.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Yayılan məlumatda qeyd olunur ki, ruhani lider həlak olduğu anda öz ofisində dövlət işləri ilə məşğul imiş. Agentlik baş verənləri şənbə gününün ilk saatlarında həyata keçirilmiş xain hücum kimi xarakterizə edib.
Şənbə günü ABŞ və İsrail İran ərazisindəki obyektlərə, o cümlədən Tehrana bir sıra zərbələr endirib; dağıntılar və mülki şəxslər arasında ölümlər barədə məlumatlar verilib. İran buna cavab olaraq İsrail ərazisinə, eləcə də ABŞ-ın Yaxın Şərq bölgəsindəki hərbi obyektlərinə raket zərbələri endirib.
Bundan əvvəl İran dövlət televiziyası ölkənin ali rəhbəri ayətullah Əli Xameneinin ölümünü rəsmən təsdiqləmişdi. Efirdə onun şəhidlik zirvəsinə ucaldığı barədə məlumat səsləndirilib. Bənzər məlumat dövlət televiziyasının "Telegram" kanalında da yerləşdirilib və onun şəhid olduğu vurğulanıb. Hadisənin təfərrüatları hələlik açıqlanmır.
Buna qədər isə sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində ABŞ və İsrailin İran ərazisinə endirdiyi kütləvi zərbələrdən sonra Xameneinin taleyi ilə bağlı ziddiyyətli məlumatlar dövr edirdi. Ötən gün onun "X" səhifəsində düşən qılıncların təsvir olunduğu müəmmalı bir paylaşım edilmişdi ki, bu da bir çox müşahidəçilər tərəfindən hakimiyyətin ötürülməsinə işarə kimi yozulmuşdu.
Hüseyn İbadlı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO


















.jpg)














