Rəsmi xronika
ABŞ və Rusiya generalları niyə Bakını seçdi? - İlham Əliyev
Rusiyanın və ABŞ-ın Baş Qərargah rəislərinin Bakıda görüşü Azərbaycanın əsas hərbi-siyasi birləşmələrdən bərabər uzaqlıqda yerləşməsi və hər iki ölkə ilə müsbət münasibətlərdə olmasıyla izah olunur.
Virtualaz.org "Vestnik Kafkaza” agentliyi Avropa bürosunun rəhbəri Orxan Sattarova istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edərkən deyib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan həqiqətən də Rusiya və ABŞ hərbçilərinin görüşə biləcəyi tək yer idi:
"Bakını seçmək qərarı bizim tərəfimizdən qəbul edilməmişdi, biz bu görüşə təşəbbüs etməmişik. Bizə təklif etdilər ki, biz buna razılaşarıqmı? Niyə Azərbaycanı seçdilər? Mən özüm-özümə bu sualı verdim, amma Avrasiyanın xəritəsinə baxanda anladım ki, ola bilər, bizim ölkəmiz onlar üçün yeganə variant idi. Biz NATO-nun və KTMT-nın üzvü deyilik, bizim dünyada çox yaxşı nüfuzumuz var, bizim ölkəmizin ABŞ-la, Avropa ilə, qonşularımızla, Rusiya ilə qaydaya salınmış münasibətlərimiz var və onlardan hər biri bizə hörmət edir", - deyə İ.Əliyev izah edib.
"Sabitliyin amili kimi Azərbaycanın rolu yalnız bizim regionumuzda deyil, həm də bütün dünyada qəbul edilir, bu, regional sabitliyə bizim töhfəmizdir", - deyə Azərbaycan prezidenti vurğulayıb.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ