Rəsmi xronika
Mehriban Əliyeva: “Yeni təyinat qarşıma yeni hədəflər qoyur”
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yeni vəzifəyə təyin olunması münasibətilə onu təbrik edənlərə öz təşəkkürünü bildirib.
Publika.az-ın xəbərinə görə, təşəkkür məktubunda bildirilir:
“Əziz dostlar!
Bu günlər mən cənab Prezidentin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağım münasibətilə həm ölkəmin müxtəlif guşələrindən, həm də xaricdən çox sayda təbriklər alıram.
Yeni vəzifədə mənə dəstək dolu sözlərinizi, diləklərinizi dərin minnətdarlıq hissi ilə oxuyuram.
Bu təyinat mənim üçün çox böyük etimad və şərəfdir. Çünki bütün fəaliyyətim boyu mənim üçün əsas prioritet ölkəmizin və xalqımızın maraqları olmuşdur.
İndiyədək Heydər Əliyev Fondu bir çox əhəmiyyətli layihələr reallaşdırıb və mən bununla fəxr edirəm. Bu illər ərzində biz Azərbaycanın həyatında baş verən müsbət dəyişikliklərə öz töhfəmizi verməyi bacarmışıq.
Amma yeni təyinat qarşıma artıq yeni hədəflər qoyur, yeni imkanlar açır.
Mən gələcəyə nikbin baxıram. Çünki bu gün Azərbaycan qüdrətli, özünü təsdiq etmiş bir dövlətdir. Bizim inkişaf üçün böyük potensialımız, ən əsası isə insan kapitalımız vardır.
Əziz dostlar, mən öz ölkəmə, sizə, bizim yaradıcılıq enerjimizə inanıram.
Ölkəmizin gələcəyi, onun inkişafı və firavanlığı üçün bizim hər birimiz cavabdehik.
Bu gün sizin səmimi diləkləriniz və dəstəyiniz mənim üçün çox vacibdir.
Mən bu dəstəyi hər zaman, fəaliyyətimin bütün mərhələlərində hiss etmişəm. Hesab edirəm ki, əsl minnətdarlıq özünü yalnız sözdə deyil, konkret əməldə göstərməlidir.
Sizi əmin edirəm ki, indiyədək önəm verdiyim prinsiplərə - öz Vətənimə və xalqıma xidmət, mərhəmət və ədalət, tolerantlıq və ümumbəşəri dəyərlərə bundan sonra da sadiq qalacağam.
Hər birinizə uğurlar, cansağlığı və firavanlıq, doğma Vətənimizə isə sülh və inkişaf arzulayıram!”
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü