İlham Əliyev Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisilə bağlı sərəncam imzaladı
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisilə bağlı sərəncam imzaladı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm