Rəsmi xronika
Qırğızıstan prezidenti İlham Əliyevə məktub göndərdi
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Möhtərəm İlham Heydər oğlu. Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Məmnunluqla qeyd edirəm ki, Qırğızıstan-Azəbaycan münasibətləri ənənəvi dostluğa, ümumi tarixə, mədəniyyətə və mənəvi dəyərlərə əsaslanır.
Ötən 25 il ərzində ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə səmərəli əməkdaşlıq qurulmuşdur. Qırğızıstan ilə Azərbaycan, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər.
Qırğız Respublikası Azərbaycan Respublikası ilə xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.
Möhtərəm İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə böyük nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və rifah arzulayıram".
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ