Xorvatiya, Belarus və Qırğızıstan prezidentlərindən İlham Əliyeva başsağlığı məktubu
Bizi izləyin

Rəsmi xronika

Xorvatiya, Belarus və Qırğızıstan prezidentlərindən İlham Əliyeva başsağlığı məktubu

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Mətndə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər Belarus Respublikasında dərin kədərlə qarşılandı.

Hörmətli İlham Heydər oğlu, Sizə, həlak olanların doğmalarına və yaxınlarına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Mətndə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində çox sayda insanın ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər məni ürəkdən kədərləndirib.

Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların kədərinə şərik olduğumu bildirir, bu hadisə nəticəsində xəsarət alanların hamısının tezliklə sağalmasını arzu edirəm".

Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın barədə xəbər məni dərindən kədərləndirdi. Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə bu faciəli hadisə ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm.

Ölkənizin vətəndaşlarının kədərini bölüşür, həlak olanların ailələrinə səbir diləyirik.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm