Vladimir Putin Ermənistanın baş nazirini Azərbaycan prezidenti ilə tanış etdi
Bizi izləyin

Rəsmi xronika

Vladimir Putin Ermənistanın baş nazirini Azərbaycan prezidenti ilə tanış etdi

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycan prezidenti İlham Əliyevlə tanış edib.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu N.Paşinyan “Facebook” profilində dərc etdiyi video müraciətində bildirib.

“Futbol matçından sonra Rusiya prezidenti MDB ölkələrinin liderləri formatında kiçik bir qəbul təşkil edib. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Rusiya prezidenti bizi tanış etdi. Bu sadəcə tanışlıq idi, heç bir müzakirə, məzmunlu söhbət və ya təmas olmayıb”, - deyə Paşinyan qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm