Prezident Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə Anlaşma Memorandumunu təsdiqlədi
Bizi izləyin

Rəsmi xronika

Prezident Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə Anlaşma Memorandumunu təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” fərman imzalayıb.

Publika.az xəbər verir ki, sənədlə Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında 2018-ci il iyunun 5-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinə onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.

Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına bildiriş göndərəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm