Rəsmi xronika
İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının direktorunu qəbul etdi - (YENİLƏNDİ)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythingeri qəbul edib.
Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythinger dövlətimizin başçısına onu qəbul etdiyinə görə minnətdarlığını bildirdi. Kristian Faythinger ölkəmizə ilk dəfə səfərindən məmnunluğunu ifadə edərək, Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verən Kristian Faythinger bildirdi ki, bu gün Beynəlxalq Astronavtika Federasiyasına 68 ölkədən 368, o cümlədən Azərbaycandan olan 3 təşkilat daxildir. Qonaq rəhbərlik etdiyi qurumun hər il Beynəlxalq Astronavtika Konqresini keçirdiyini vurğuladı və belə bir önəmli faktı xatırlayaraq dedi ki, bu cür tədbirlərdən biri 1973-cü ildə Bakıda keçirilib. Daha sonra o, Azərbaycanda kosmik sənayenin uğurla inkişaf etdiyini və bu sahədə ölkəmizin son vaxtlar əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
Dövlətimizin başçısı 1973-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Beynəlxalq Astronavtika Federasiyasının Bakıda keçirilən XXIV konqresini məmnunluqla xatırladı və o zaman həmin tədbirin beynəlxalq əhəmiyyətli bir hadisəyə çevrildiyini, konqresdə məşhur kosmonavtların və astronavtların iştirak etdiyini vurğuladı. Azərbaycanda kosmik sənayenin inkişafına toxunan Prezident İlham Əliyev bu sahənin ölkədə ən prioritet istiqamətlərdən biri olduğunu dedi və Azərbaycanın dünya kosmik ailəsinə daxil olmasını məmnunluqla qeyd etdi.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü