Rəsmi xronika
İlham Əliyev fərman imzaladı

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 681 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyindəki “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.
Nazirlər Kabinetinə Fərmanın icrası ilə əlaqədar üç ay müddətində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Mülki Məcəlləyə uyğun olaraq, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı və digər məsələlərin həlli ilə bağlı tədbirlər görülməsini təmin etmək və ;Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görülməsini təmin etməlidir.

-
Magazin116:31
Alim Qasımovun keçmiş kürəkəni 20 yaşlı qız qaçırdı
-
İqtisadi gündəm16:21
300 dollarlıq gömrük limiti dəyişdirilir? - AÇIQLAMA
-
İdman15:31
Uğurunun sirri olan qadın ortaya çıxdı - FOTOLAR
-
Sosial15:01
Temperatur 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
-
Kriminal14:46
Fermada gənc sevgilisi ilə cinsi əlaqədə oldu, bunu videoya çəkən dostu isə... - Şok təfərrüat
-
İdman14:11
Qanalı gözəl təkzib etdi: Onunla görüşməmişəm - FOTOLAR
-
Magazin113:46
Elza bu müğənnilərə əsəbiləşdi: "Beli incə, ombaları böyük..."
-
Rəsmi xronika13:15
İlham Əliyevdən 17 milyonluq SƏRƏNCAM