Rəsmi xronika
İlham Əliyev fərman imzaladı

Azərbaycanla Özbəkistan arasında imzalanan sazişlər təsdiqlənib.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmanla 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş” təsdiq edilib.
Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
Dövlət başçısı “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Özbəkistan Respublikasının Gənclər Siyasəti və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə də Fərman imzalayıb.
Prezidentin Fərmanı ilə 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Özbəkistan Respublikasının Gənclər Siyasəti və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.

-
Rəsmi xronika15:20
Prezident daha bir fərman imzaladı
-
Nida Xəbər 15:10
Şahin Mustafayevin Qriqoryanla görüşü başa çatdı - Video
-
Magazin115:05
Şəfəq Novruzdan taxta bazarında ölən dayısı ilə bağlı paylaşım - FOTO
-
Qoroskop14:25
2024-cü il üçün ulduz falı: Yaşıl Əjdaha ilində bizi nə gözləyir?
-
Hadisə13:45
Gülbahar Vəliyeva vəfat etdi
-
Rəsmi xronika13:13
İlham Əliyev sərəncam imzaladı
-
Hadisə12:30
Azərbaycanda məktəbli qızılcadan öldü
-
Dünya12:00
Paşinyana yeni səlahiyyət verildi