Rəsmi xronika
İlham Əliyev Putini təbrik etdi
![](https://publika.az/storage/2023/09/29/ilham-pozitiv1.jpg?v1722053981)
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç.
Sizi və Sizin şəxsinizdə Rusiyanın bütün dost xalqını dövlət bayramı – Rusiya Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Xalqlarımız arasında uzun əsrlər ərzində formalaşmış möhkəm dostluq və mehriban qonşuluq ənənələri Azərbaycan ilə Rusiyanın münasibətlərinin uğurlu və ardıcıl inkişafının etibarlı əsasıdır. Biz strateji müttəfiqlik xarakteri daşıyan Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin əldə olunmuş səviyyəsini yüksək qiymətləndiririk.
Bu gün bizim ikitərəfli gündəliyimizdə əməkdaşlığın demək olar ki, bütün sahələrini əhatə edən və şübhəsiz, həyata keçirilməsinin təkcə ölkələrimizə və xalqlarımıza deyil, həm də bütövlükdə regionun rifahına xidmət edən məsələlərin geniş spektri yer alır.
Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri və dost ölkələrimizin maraqlarına cavab verən çoxplanlı qarşılıqlı fəaliyyət gələcəkdə də yüksələn xətlə səmərəli şəkildə inkişaf edəcək, yeni məzmun və birgə layihələrlə zənginləşəcək.
Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Rusiyanın bütün vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzulayıram".
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO