Rəsmi xronika
Bu, Orta Dəhlizin önəmini daha da artırır - İlham Əliyev
Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının görüşündə çıxışı zamanı deyib.
"Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır", - Azərbaycan Prezidenti qeyd edib.
İlham Əliyev vurğulayıb ki, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir: "Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir".
-
Elm və təhsil00:45
Azərbaycanda iki yeni universitet FƏALİYYƏTƏ BAŞLAYIR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ciddi problemlərlə qarşılaşa bilərsiniz
-
Magazin100:00
Brilliantın doğum günündə görün nələr yaşandı
-
Nəqliyyat15 Sentyabr 23:36
Yaponiyada ən qədim vurma cədvəli tapıldı - FOTO
-
Hadisə15 Sentyabr 22:24
Bakıda avtomobil alışıb-yandı - VİDEO
-
Magazin115 Sentyabr 21:48
“Bu dərəcədə aşağılamağı İlqara yaraşdırmadım”
-
Dünya15 Sentyabr 20:12
Türkiyədən ÜZÜCÜ XƏBƏR: yaralananların sayı artdı - FOTO/YENİLƏNDİ
-
İKT15 Sentyabr 19:12
"Apple" istifadəçilərinə ŞAD XƏBƏR: "Yaxın həftələrdə..."