İdman
Qvardiola 8,5 milyonluq bu mülkü ona verməli oldu - FOTO
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola 8,5 milyon funt-sterlinq dəyərində olan "Barselona"dakı evini tərk etmək məcburiyyətində qalacaq.
Publika.az xəbər verir ki, buna səbəb onun həyat yoldaşı Kristina Serra ilə 30 illik münasibət və 10 illik evlilikdən sonra boşanmasıdır.
"Daily Mail"in məlumatına görə, Qvardiola bundan sonra şəhərin elit ərazilərindən birində yerləşən evində yaşamayacaq. Mənbə bildirir ki, keçmiş həyat yoldaşı bundan sonra bu evdə tək yaşayacaq.
Əvvəllər bu evdə "Barselona"nın digər keçmiş futbolçusu Rafael Markes yaşayıb. Bu əmlakın alınması 2021-ci ildə baş tutub. Pep evi adı açıqlanmayan rusiyalı biznesmendən alıb. Hamı düşünürdü ki, bu, onun tezliklə "Barselona"ya qayıtmasının əlamətidir.
Onun evi həyat yoldaşı ilə birlikdə işlətdiyi şirkət vasitəsilə əldə etdiyi məlum olub.
“Barselonanın kənarında, Karretera de les Ayqes adlanan ərazidə yerləşən dörd mərtəbəli evin böyük hovuz var”, - deyə jurnalist Herard Suzens bildirir.
Heybət

-
Magazin200:30"Kurtlar Vadisi"nin aktyorları 22 il sonra eyni serialda - FOTO
-
Magazin200:15Serdar Ortaç səhnədə yıxıldı - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kainat sizə iki mesaj göndərir
-
Hadisə24 Yanvar 23:36Qusarda 22 yaşlı gənc faciəli şəkildə həyatını itirdi - TƏFƏRRÜAT
-
İdman24 Yanvar 23:24“Başında şiş var idi, görüb pis oldum”
-
Magazin124 Yanvar 22:487 kiloqram arıqlayıb belə oldu - FOTO
-
ABŞ24 Yanvar 22:12“Tarixi fəlakət” xəbərdarlığı vaşinqtonluları QORXUYA SALDI - Supermarketlər boşaldılır
-
Magazin124 Yanvar 21:36Dubaydan ev alıb, ora köçür

































