Rəsmi xronika
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərmanında öz əksini tapıb.
Fərmana əsasən, Maliyyə Nazirliyi Qaydada nəzərdə tutulmuş hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditinin maliyyələşdirilməsi üçün Fondun nizamnamə kapitalının artırılması üçün müvafiq illərdə dövlət büdcəsindən vəsait ayrılması ilə bağlı tədbirlər görməlidir.
Xatırladaq ki, İpoteka və Kredit Zəmanət Fondu ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə, "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 980,7 milyon manatdır.
-
Magazin122:12
"Yataqxanada qalırdım, amma ən son model maşınları sürürdüm" - Zamiq Hüseynov - VİDEO
-
Dünya21:11
Canlı efirdə zəlzələ: Maya Sandunun çətin anları - VİDEO
-
Magazin120:40
Naomi Kempbell Bakı səfəri barədə PAYLAŞIM ETDİ
-
Kriminal20:30
İki yaşlı körpə soğan tarlasında ölü tapıldı - Daha bir qətl?
-
Nəqliyyat19:50
Bakı sakinlərinə pis xəbər: Aylarla davam edəcək...
-
Kriminal19:15
Keçmiş deputata 9 il həbs cəzası istənildi
-
Ekologiya18:43
Bu günlərdə ehtiyatlı olun! - Əhaliyə XƏBƏRDARLIQ
-
Sosial17:10
Deputat seçilən Günay Ağamalı bağçasını bu qiymətə satır