Rəsmi xronika
İlham Əliyev Fatma Səttarovanın ailəsinə başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilmiş Fatma Səttarovanın vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.
Publika.az xəbər verir ki, başsağlığında deyilir:
"Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilmiş Fatma Səttarovanın vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.
Fatma Səttarova Vətənə sədaqətlə xidmət edərək, gənclərə və gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçmişdir.
Bu ağır anlarda dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"
-
Dünya17:35
NATO Arktikada Rusiya ilə qarşıdurmaya hazırlaşır – Bunun üçün bu mərkəzi yaradır
-
Dünya16:52
Yeni böhran zonası: ABŞ ora qoşun yeritdi
-
Region16:09
TƏCİLİ: Rusiyadan Paşinyanın ofisinə hücum edildi - 48 saat vaxt verilib
-
Nida Xəbər 15:32
Türk dünyasına kəsə yolla bağlanacağıq - Zəngəzur dəhlizi ilə bağlı açıqlama
-
Hadisə14:32
Bakıda tələbələr arasında dava - 1 nəfərə 5 xəncər zərbəsi vuruldu
-
Nida Xəbər 13:37
Baş nazir daha bir qərar imzaladı
-
Cənubi Qafqaz13:03
KTMT Ermənistana təhdiddir - Nikol son nöqtəni qoydu
-
İdman12:32
ÇL-ə qayıdan klubun cazibədar aparıcısı: Azarkeşlər onu niyə sevir? - FOTOLAR