Rəsmi xronika
Ambulator müalicə dərmanları icbari tibbi sığorta təminatına alındı
Ambulator müalicənin dərmanları icbari tibbi sığorta ilə qarşılanacaq.
Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.
Qanunda icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb.
Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir.
Vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq.
-
Sosial20:40
Metropolitenin yeni rəisi kimdir? - DOSYE
-
Rəsmi xronika20:20
Prezident “Bakı Metropoliteni”nə yeni sədr təyin etdi
-
Sosial19:40
Bu uşaq bağçasının müdiri işdən çıxarıldı - SƏBƏB
-
Sosial19:00
Azərbaycanda bu il baş verən zəlzələlərin sayı açıqlandı - İnanılmaz rəqəm
-
Hadisə17:43
Hərbçimiz minaya düşdü
-
Nida Xəbər 16:03
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət ödəniləcək - Prezident təsdiqlədi
-
Nida Xəbər 14:26
Oruc Zalovun polkovnik oğlu işdən çıxarıldı - FOTO
-
Nida Xəbər 13:31
Baş Prokurorluğa yeni səlahiyyət verilir