MDB
Kirillov öldürüləndən sonra bu general da istefa verdi: Rusiyada nə baş verir?
General-polkovnik Nikolay Yurev FSB hərbi əks-kəşfiyyat idarəsinin rəisi vəzifəsini tərk edib.
Publika.az xəbər verir ki, bu barədə RBC-yə güc strukturlarının iki mənbəsi məlumat verib.
Onun istefası Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının komandiri, general-leytenant İqor Kirillovun öldürülməsindən dərhal sonra baş versə də, bir mənbə Yurevin getməsinin təqaüdə çıxması ilə bağlı olduğunu iddia edib.
Onun sözlərinə görə, Yurevin işdən çıxarılması haqqında fərman dekabrın 16-da, Kirilovun qətlindən bir gün əvvəl imzalanıb.
Xatırladaq ki, general-leytenant İqor Kirilov və onun köməkçisi İlya Polikarpov dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində yaşayış binasının yaxınlığında baş vermiş partlayış nəticəsində həlak olublar. BBC və “The Wall Street Journal”ın məlumatlı mənbələrinə görə, baş verənlər Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatıdır.
Tural
-
Hadisə08:55Şamaxıda 3,8 bal gücündə ZƏLZƏLƏ OLDU
-
İKT08:36Qazaxıstanda süni intellektlə bağlı SƏRT QANUN - Bu, məcburi olacaq
-
Ekologiya07:17Bakıya sulu QAR YAĞACAQ - 4 dərəcə şaxta olacaq
-
Magazin206:16Türk məşhurlar qırmızı xalıda… - VİDEO
-
Sağlamlıq05:15Miqrenlə mübarizə aparan MÖCÜZƏVİ QİDALAR
-
Dünya04:14Pakistandan ÜZÜCÜ XƏBƏR - 3 nəfər öldü
-
Sosial03:13Azərbaycanda iki növ balıq bahalaşdı - VİDEO
-
Magazin202:12“Victoria’s Secret”in mələyi jurnalın üz qabığı üçün soyundu - FOTO




































