Rəsmi xronika
“Çox güman, pilotlar bilirdilər ki, sağ çıxa bilməyəcəklər”
“Ekipaj üzvlərinin qəhrəmanlığı haqqında mən vida mərasimi zamanı bildirmişdim. Bir daha demək istəyirəm, bu, doğrudan da böyük fədakarlıqdır. Mən bildirdim, çox güman, pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər”.
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə deyib.
“Onlar təcrübəli pilotlar idi, idarəolunmaz vəziyyətdə olan təyyarəni məhz öz peşəkarlıqları nəticəsində bir yolla məkana yetişdirə bilmişdilər və qəza enişi olsa da, təyyarəni endirə bilmişdilər. Ekipajın digər üzvləri - bələdçilər də soyuqqanlılıq göstərmişlər. Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər. Onlar da görürdülər, bilirdilər ki, onları nələr gözləyir. Yəqin, heç ümid etmirdilər ki, bu vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinlə, soyuqqanlılıqla, cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək keyfiyyətlərini göstərir. Xüsusilə nəzərə alsaq ki, bələdçilərin ikisi qadın idi”, - deyə dövlət başçısı qeyd edib.
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Uğur qazana bilərsiniz
-
Rəsmi xronika00:10
Prezident Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxundu
-
İdman7 Yanvar 22:50
Braziliya klubu "Sevilya”nı ŞOK MƏBLƏĞLƏ SUSDURDU - Juninyo uğrunda mübarizə şiddətlənir
-
Hadisə7 Yanvar 22:12
Bakı metrosunda HƏYƏCANLI ANLAR - Sərnişin relslərin üstünə yıxıldı və...
-
Sosial7 Yanvar 20:53
Bakıda 10000 manat pul tapıldı - Polis sahibini axtarır
-
İdman7 Yanvar 20:36
Millimizin futbolçusu Avropanın ən yaxşısı seçildi
-
Magazin17 Yanvar 20:24
Nigardan Aygün Bəylərlə bağlı paylaşım - VİDEO
-
ABŞ7 Yanvar 20:12
Bu dəfə təyyarənin şassisində iki nəfərin MEYİTİ TAPILDI