İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olundu - Video/Yeniləndi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olundu - Video/Yeniləndi

Azərbaycan Prezidenti İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub.

Publika.az xəbər verir ki, dövlət başçısı bu mükafata Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə layiq görülüb.

Qeyd edək ki, 2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.

Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan "Zayed İnsan Qardaşlığı Mükafatı"nı laureatlara təqdim edib.

Tədbirdə birgə foto çəkdirilib.

***

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə fevralın 4-də "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi keçirilir.

Publika.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirilib.

Sonra "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə bağlı videoçarx nümayiş etdirilib.

Daha sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm